Boru fitinqləri sahəsində ixtisaslaşmış etibarlı tərəfdaş

Borufitting.az Azərbaycanda boru fitinqlərinin satışı üzrə ixtisaslaşmış platformadır və sənaye məhsulları sahəsində topladığımız təcrübə və etibarlı təchizat infrastrukturu əsasında fəaliyyət göstərir.

Etibarlı təcrübəmiz

Borufitting.az 2021-ci ildən etibarən metal məhsullarının təchizatı sahəsində fəaliyyət göstərərək yüzlərlə layihənin etibarlı tərəfdaşına çevrilmişdir. Boru sistemləri və boru fitinqləri istiqamətində ixtisaslaşaraq bu təcrübəni davam etdiririk.

Burada məqsəd yalnız məhsul satmaq deyil, layihəniz üçün düzgün texniki həlli təqdim etməkdir. Məqsədimiz tikinti, neft-qaz, su təchizatı, yanğınsöndürmə, enerji və digər sənaye sahələri üçün keyfiyyətli polad boru fitinqlərini operativ şəkildə müştərilərimizə təqdim etməkdir.

Nə təklif edirik

Məhsul çeşidimizə tikişsiz borular, boru birləşdirici elementləri və bağlantı elementləri daxildir. Təklif etdiyimiz məhsullar beynəlxalq standartlara uyğundur və sənaye müəssisələrinin tələblərinə cavab verir.

Tikişsiz və tikişli borular
Dirsək, üçlük, keçid
Qapaq, flans, araqat
Sinklənmiş boru və dirsək
Sinklənmiş profil və lövhə
Bolt, qayka, şayba (DIN)
Yivli çubuq (rod) və U bolt
Gilizli və lüt anker boltlar
Uyğun standartlar
EN
ASTM
DIN
GOST

Məhsul deyil, həll təklif edirik

Biz anlayırıq ki, düzgün seçilmiş boru fitinqi və boru istənilən boru xəttinin təhlükəsizliyi və uzunömürlülüyü üçün əsas şərtlərdən biridir. Buna görə də müştərilərimizə yalnız məhsul deyil, həm də texniki məsləhət, standart seçimi və layihəyə uyğun həll təklif edirik.

İstər kiçik montaj işi, istərsə də iri sənaye layihəsi olsun, hər sifarişə eyni məsuliyyətlə yanaşırıq. Borufitting.az vasitəsilə həm topdansatış, həm də pərakəndə satış həyata keçirilir. Geniş stokumuz, operativ qiymət təklifləri və peşəkar komandamız sayəsində sifarişlər qısa müddətdə icra olunur.

Bizi seçmək üçün səbəblər

Azərbaycanın boru fitinqi bazarında ilk seçim

Niyə Borufitting.az olaraq məqsədimiz Azərbaycanın boru fitinqi bazarında keyfiyyət, etibar və peşəkar xidməti bir araya gətirərək, müştərilərimizin ilk seçiminə çevrilməkdir. Gücümüzü illər boyu formalaşdırdığımız etibarlı təməl və təcrübədən alırıq.